Bərdədə səyyar tibbi müayinə və maarifləndirmə aksiyası keçirilib

Dekabrın 6-da Bərdə rayonunda yerləşən “Alfa Med” klinikasında növbəti “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası həyata keçirilib. Aksiya “PAŞA Holding” və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıb.

SİA-nın məlumatına görə, Nazirlikdən bildirilib ki, əhalinin sağlamlığına və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına yönələn aksiyada ətraf rayon sakinləri də iştirak ediblər.

Tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdi. Gün ərzində, saat 10:00-dan 19:00-dək keçirilən aksiyada Qanda şəkər və arterial təzyiqin ölçülməsi, İlkin laborator analizlər, Terapevt və endokrinoloq müayinələri, Qalxanvari vəzin USM diaqnostikası, Ginekoloji müayinələr,

Oftalmoloji müayinələr və Pediatrik müayinələr aparılıb. Tibbi məsləhət və yönləndirmə kimi xidmətlər əhaliyə təqdim olunub.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Tədbir maraqlı anlarla yadda qalıb, həkim müayinəsinə maraq yaratmaq üçün uşaqlara rəngləmələr və rəngli karandaşlar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə