“Şimal baltası” adlı Finlandiya-Britaniya hərbi təliminin təfərrüatları açıqlanıb.
SİA xəbər verir ki, "The Independent" qəzetinin məlumatına görə, Rusiyadan bir neçə onlarla kilometr məsafədə yerləşən Vuosanka təlim poliqonunda təxminən 3500 əsgər toplaşıb. Nəşr qeyd edir ki, Edinburqda yerləşən 3-cü Atıcı Alayının təxminən 50 şəxsi heyəti Helsinkinin 640 kilometr şimalında yerləşən Arktikada altı həftə təlim keçib.
Orada onlar “-28°C-yə qədər temperaturda sağ qalma bacarıqlarını təkmilləşdiriblər”.
Qəzet yazır ki, "əvvəllər Keniya və Mərakeşin isti iqlim şəraitində təlim keçmiş C rotasının əsgərləri donmadan buzlu suya girməyi öyrəniblər. Onlar qarda döyüşməyi və xizək sürərkən atəş açmağı məşq ediblər".
Britaniyalılar daha sonra Finlandiya Kainuu Briqadasından 3000 əsgərə, ehtiyatda olan əsgərə qoşulublar. Onların hamısı Vuosanka meşələrində keçirilən “Şimal baltası” manevrlərində iştirak ediblər.
Britaniya kəşfiyyat zabitləri finlərlə birlikdə "genişmiqyaslı və mürəkkəb simulyasiya edilmiş döyüşdə" iştirak etdilər. Döyüş beş gün və gecə davam etdi.
Onilliklər ərzində neytrallıqdan sonra Finlandiya 2023-cü ildə NATO-ya qoşuldu və alyansın Rusiya ilə şimal sərhədini 1200 kilometrdən çox genişləndirdi.
NATO-nun quru qüvvələrinin qərargahı hazırda Sankt-Peterburqdan 300 kilometr məsafədə yerləşir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB