Bayden yenə ölkəsinin adını tələffüz edə bilmədi..?

...Fox News-un verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkəsinin adını səhv yazaraq onu "Amerigotit Birləşmiş Ştatları" adlandırıb.

SİA-nın məlumatına görə, eçmiş prezident srağa gün Vaşinqtonda keçirilən beynəlxalq LGBT liderlik konfransında fəxri qonaq kimi çıxış edərkən səhvə yol verib. Bayden iştirakçıları bərabərlik uğrunda "mübarizə aparmağa" və "Tramp administrasiyasının siyasəti və hərəkətləri qarşısında Konstitusiyanı müdafiə etməyə" çağırıb.

Və gözlənilmədən o, ABŞ üçün "yeni" adı dilə gətirib.

...Sadəcə ayağa qalxmalıyıq. İnamımızı qoruduğumuz müddətcə... Və kim olduğumuzu unutmayın. Biz Amerigotit Birləşmiş Ştatlarıyıq, biz buyuq! Biz ABŞ-ıq!..

Bunu Bayden deyib.

Müşahidəçilər hesab edirlər ki, keçmiş prezident demək istəyirdi: "Biz Amerika Birləşmiş Ştatlarıyıq, başa düşdünüzmü?" ("Biz Amerika Birləşmiş Ştatlarıyıq, tamam?"), amma bütün cümləni aydın şəkildə ifadə edə bilmədi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə