“Putinin rəhbərliyi altında yaşamaq döyüşməkdən daha yaxşıdır”..?

Avstriyada hökumət əleyhinə etiraz aksiyası başlayıb...

...Vyana mərkəzindəki Kansler binasının qarşısında Avstriya siyasətinə qarşı hökumət əleyhinə etiraz aksiyası keçirilir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, nümayiş birbaşa demokratiya, neytrallıq və dinc xarici siyasət tərəfdarı olan hərəkat tərəfindən təşkil edilib.

İştirakçılar yerli vaxtla saat 13:00-da Ballhausplatz meydanında toplaşmağa başlayıblar.

Hökumət əleyhinə nümayişin bir hissəsi olaraq şəhərin mərkəzi küçələrində yürüş də planlaşdırılır.

Etirazçılar Avstriyanın siyasətində neytrallığın qorunmasını müdafiə edir və ölkənin NATO-ya daxil olmasına qarşı çıxırlar.

Bannerlərdən birində "Neytrallığa və sülhə bəli, NATO-ya yox" yazılıb.

Etirazçılar Avstriya və Aİ hakimiyyətini iqtisadiyyatı müharibə vəziyyətinə keçirdiyinə və böyük bir müharibə ilə hədələdiyinə görə tənqid ediblər.

Etiraz təşkilatçısının sözlərinə görə, bu, bəşəriyyəti III Dünya Müharibəsinə cəlb etməyə bənzəyir.

Etirazçılar həmçinin mövcud hökumətin istefasını tələb ediblər.

...Biz Amerikaya pul ödəyirik. Biz təkcə onların köhnə silahlarına deyil, həm də bahalı qazlarına görə pul ödəyirik. Rusiya ilə iqtisadi müharibədə olan AB Rusiyadan qaz almağı tamamilə azaltmaq və ya dayandırmaq qərarına gəlib və indi biz Amerika qazını beş qat baha qiymətə alırıq, - təşkilatçı bildirib.

...Dekabrın əvvəlində Almaniyada məcburi hərbi xidmətin bərpasına qarşı kütləvi etirazların başladığı bildirilmişdi. ...Etirazçılar “Putinin rəhbərliyi altında yaşamaq döyüşməkdən daha yaxşıdır” şüarı səsləndiriblər..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə