Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Asiya-Sakit okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində uğur qazanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Agentlik uğurlu aktiv məşğulluq tədbirlərinə, xidmətlərində obyektivlik və şəffaflığa, vətəndaşyönümlü yanaşmaya görə “Asiyanın dövlət xidməti mükəmməlliyi mükafatı” ilə təltif edilib. Agentliyin Mərkəzi Karyera filialı isə karyera məsləhəti sahəsində uğurlu layihələrinə görə “Asiyanın ilin ən yaxşı kouçinq institutu” mükafatına layiq görülüb.
Dövlət Məşğulluq Agentliyinin adı qalib olaraq “Asia Awards” mükafatının rəsmi səhifəsində də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə