Bərdədə “Birlikdə qayıdırıq” fləşmobu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. SİA xəbər verir ki, doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin bir qrupu ilə birgə Bərdə şəhərində “Birlikdə qayıdırıq” şüarı altında fləşmob keçirilib. Müxtəlif peşə sahiblərinin iştirak etdiyi fləşmobda keçmiş məcburi köçkünlər “Yurdumuza peşəmizlə dönürük” deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə