Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və “Rəmzioğlu paxlava”nın təşkilatçılığı ilə keçirilən “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” bu il paytaxt Bakıda təşkil olunub. Festivalın məqsədi Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatlarının xarici ölkələrdə birgə tanıdılmasıdır. SİA xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan və iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalda Türkiyəyə xas 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.
Həmçinin milli rəqslər nümayiş etdirilib, incəsənət xadimlərinin ifaları dinlənilib, paxlavanın hazırlanması prosesi göstərilib.
Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə