Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Agentlikdən SİA-ya bildirilib ki, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyaraq, Ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə