Hazırda (01.10.2024-cü il tarixə) ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, pensiyaçıların 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
"2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək", - Komitə sədri qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə