İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçuk “ASAN xidmət”in COP29 çərçivəsində təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SESRIC arasında anlaşma memorandumu imzalanıb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, məqsəd “ASAN xidmət” təcrübəsinin İƏT-ə üzv dövlətlər ilə paylaşılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində institusional və kadr potensialının artırılması üçün təlim, kurs, seminar və səfərlərin təşkilidir.
Həmçinin memorandum çərçivəsində İƏT-ə üzv ölkələrdə dövlət qulluqçularının “ASAN xidmət” tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil etdiyi “ASAN Beynəlxalq Təlim Proqramları”nda iştirak etmələri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə