Noyabrın 7-də Audiovizual Şuranın növbəti iclası keçirilib. Audiovizual Şuradan SİA-ya verilən məlumata görə, iclasda boş və yayım üçün istifadəyə yararlı radiotezliklər ilə bağlı məsələlər müzakirə olunub.
İlk olaraq müxtəlif dillərdə yayım aparan "Azərbaycan Beynəlxalq Radiosu"nun proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkənin bir sıra müxtəlif stansiyalarından müvafiq radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılıb.
Daha sonra Dövlət Radiotezliklər İdarəsindən alınan məlumatlara əsasən "Bakı Teleqüllə Kompleksi"ndən boş və yayıma uyğun radiotezliklərin mövcudluğu və onlardan səmərəli istifadənin təşkilinin əhəmiyyəti nəzərə alınaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün noyabrın 18-dən etibarən 2 müsabiqənin elan olunması haqqında qərarlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə