“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, 2-ci qrup Vətən müharibəsi əlili Xəyal Mübariz oğlu Səfərli üzərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan artrodez əməliyyatı icra edilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə