Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edib - FOTOLAR

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul, Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xocalı, Qobustan, İmişli, Masallı, Neftçala, Şabran, Şirvan, Yevlax və digər rayonlardan, eləcə də Bakı və Gəncə şəhərlərindən olan vətəndaşlar iştirak edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat və işə bərpa, dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsi, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Daha sonra M.Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə