“Qidanın keyfiyyətinə nəzarət edən dövlət qurumu yoxdur” - QURUM RƏSMİSİ DANIŞDI

“Azərbaycanda marketlərdə satılan qidaların təhlükəsizliyi AQTA tərəfindən təmin olunur. Lakin ev şəraitində saxlanılan bəzi qidalar, o cümlədən tutmalar, şorabalar təhlükəlidir. Lakin keyfiyyətsizlik məsələsi də önə çəkilməlidir. Çünki qidanın keyfiyyətinə nəzarət edən heç bir dövlət qurumu yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, AQTA qidanın təhlükəsizliyinə nəzarət edir: “Lakin keyfiyyətsiz qida həm xaricdən gətirilir, həm də yerli istehsalda mövcuddur.

Həmçinin riskli qida qrupları var. Bura balıq, toyuq ətləri, konservlər, göbələklər və s. aiddir. Bu qidaların hər biri hər zaman risk altındadır. Ev şəraitində hazırlanan şorabalar isə ən təhlükəli qidalardır. Azərbaycanlılar ev şəraitində şoraba hazırlamaq vərdişindən uzaq olmalıdır. Sənaye üsulu ilə hazırlanan şoraba və konservlərin təhlükəsizliyi təmin olunur. Ümumilikdə isə şoraba arzuolunan qida deyil.

Yerli ət məsulları isə xaricdən gətirilənlərdən daha keyfiyyətlidir. Buna görə də ət məsulları alarkən yerli məsullara üstünlük vermək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə