“Ekoloji fəlakət” anlayışı ötən əsrdə yaranıb. Bu, flora və faunanın ölümü, eləcə də insanların həyatına mənfi təsir göstərən geri dönüşü olmayan təbiət hadisəsidir. SİA xarici mənbələrə istinadən bildirir ki, ekspertlərin fikrincə, müasir ekoloji fəlakətlər onunla səciyyələnir ki, onların törətdiyi dağıntıları bərpa etmək mümkün deyil. Onların vurduğu zərər əhatə dairəsinə görə dəyişir. Buna görə də baş verən fəlakətlər qlobal, regional və yerli xarakter daşıyır. Bütün dünyada ekoloji fəlakətlərin vurduğu ziyan təkcə maddi deyil, bu fəlakətlər həmişə iqlimə, flora və faunaya, su və hava mühitinə mənfi təsir göstərir.
XXI əsrdə baş verən ən böyük təbii fəlakətlərə nəzər salsaq, bütün dünyada baş verən ekoloji fəlakətlərin nəticəsi təkcə vurulan maddi ziyanla bağlı deyil. Belə hadisələr həmişə iqlimə, flora və faunaya, su və hava mühitinə mənfi təsir göstərir.
Belə ki, 2002-ci ilin noyabrında Qaliaiya yaxınlığında “Prestij” tankerindən neft məhsullarının sızması səbəbindən uzunluğu 35 metr olan çatdan okeana mazut tökülür. Hər gün bu neft məhsulunun min tondan çoxu suya daxil olur. Portuqaliya və İspaniya gəminin öz limanlarına daxil olmasına icazə vermir. Tanker 7 gün okeanla mübarizə aparır. Final - gəmi 3,5 min metrdən çox dərinlikdə suda batdı. 20 milyon qallon neft məhsulları (75 708,222 kubmetr) okeana töküldü. Səthdə böyük bir yağlı ləkə əmələ gəldi. Dəniz faunası və florası öldü. Zərər 4 milyard avro dəyərində qiymətləndirildi. Fəsadların aradan qaldırılması üçün 300 mindən çox könüllü çalışıb.
Çernobıl faciəsi
1986-cı ilin apreli: Çernobıl Atom Elektrik Stansiyası. Partlayış nəticəsində nüvə reaktorlarından biri sıradan çıxır. Böyük miqdarda radionuklidlər atmosferə daxil olur. Stansiyadan 30 kilometr radiusda yerləşən ərazidən 115 min sakin təxliyə edilib. Fəlakətin nəticələrinin aradan qaldırılmasında 600 mindən çox insan iştirak edir. Onların yarıdan çoxu yüksək dozada radiasiya qəbul edərək, sonradan dünyalarını dəyişirlər. Fəlakətdən 35 il keçməsinə baxmayaraq, Çernobıl şəhərini əhatə edən bütün ərazi yaşayış və istənilən işlər üçün yararsızdı. Bu günə qədər burada qoruyucu vasitələr olmadan, sağlamlığa zərər verəcək bir miqdar belə radiasiyaya məruz qalmaq mümkündür.
“Fukusima-1” Atom Elektrik Stansiyasında qəza
Mart 2011. Yaponiya yaxınlığında güclü zəlzələ baş verir və nəticədə nəhəng sunami dalğaları baş verir. Tektonik təkanlar “Fukusima-1” Atom Elektrik Stansiyasının işini pozur. Reaktoru soyutma sistemində pozğunluqlar baş verir. Partlayış nəticəsində onun qabığı zədələnir. Radioaktiv sezium atmosferə və dəniz suyuna daxil olur. Radioaktiv çirklənmə normadan 4 min dəfədən çox olmuşdur. Radioaktiv çirklənmə səbəbindən dənizdə yaşayan canlılarda fizioloji və anatomik dəyişikliklər baş verir. Bu fəlakətin aradan qaldırılması bu günə qədər davam edir.
Bhopal fəlakəti
1984-cü ilin iyulu. Hindistan. Bhopal şəhəri. Pestisidlər istehsal edən müəssisənin rəhbərliyi xərcləri azaltmaq üçün xammalı idxal etməkdən imtina edir. Yeni texnoloji proses çox mürəkkəb olduğundan kiçik görünən qəza zərərli kimyəvi maddələrin yayılması ilə nəticələnir. Ölənlərin sayı 18 mini keçir. Yaxınlıqdakı əraziyə (sahəsi kifayət qədər böyükdür) ciddi ziyan dəyir.
Sandoz kimya zavodunda fəlakət
1986-cı il. Reyn çayının sahilində İsveçrənin Sandoz zavodu yerləşir. Müəssisədə yanğın baş verir. Çaya 30 tondan çox civə və digər zəhərli maddələr daxil olur. Çay qırmızı rəngə boyanır. Reyn yaxınlığında yaşayanlara bayıra çıxmaq qadağan edilir. Həmçinin, Almaniyada kran suyundan istifadə etmək qadağan olunur. Təbii fəlakət nəticəsində çayda çoxlu sayda balıq tələf olub. Çay faunasının bəzi növləri tamamilə yox olub. Çayın təmizlənməsi işləri 2020-ci ildə başa çatdırılıb.
Aral dənizinin yox olması
Aral dənizi bir vaxtlar planetin ən böyük gölləri arasında dördüncü yerdə idi. Daim Amudərya və Sırdərya çaylarından qidalanırdı. Onların suyu kənd təsərrüfatı torpaqlarının suvarılması üçün istifadə olunurdu. Bir sıra səhvlər səbəbindən gölə axın fəlakətli minimuma endirildi. Suyun səviyyəsi sürətlə düşməyə başladı. Əvvəllər dib olan ərazilər üzə çıxdı. Duz və digər kimyəvi birləşmələr atmosferə daxil olmağa başladı. İndi Aral dənizinin sahəsi əvvəlki ölçüsünün cəmi 10%-ni təşkil edir. Su anbarının əksər hissəsinin yoxa çıxması ilə əlaqədar olaraq ətraf ərazidə 150-yə yaxın heyvan növü yox oldu.
Təəssüf ki, fəlakətlərin siyahısı tam deyil. Bu hadisələrə geniş əraziləri əhatə edən meşə yanğınları da daxildir. Ətraf mühitə və insan sağllamlığını qorumaq, dünyanı, planeti xilas etmək üçün texnogen fəlakətlərin qarşısının alınmasına yönəlmiş tədbirlərin görülməsinə təcili ehtiyac var.
Gülnarə Həsənova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB