“Belə insana şiddət göstərmək insanlığa sığmayan davranışdır” - PSİXOLOQ FİKRİ
Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin döyüldüyü deyilir. Bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb. Onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub. E.Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Bəs, belə şəxslərlə bağlı hansı maarifləndirici tədbirlər görülməlidir? Cəmiyyət niyə həssas qruplara aqressiya ilə yanaşır? SİA mövzu ilə bağlı psixoloq Leyla Əlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və eyni zamanda böyüklərlə bağlı maarifləndirmə yetərli qədər olmadığı üçün təəssüf ki bu tip hallarla tez-tez rastlaşırıq: “Maarifləndirmə bağçalardan başlamalıdır. Uşaqlara, xüsusi qayğıya ehtiyacı olan birinə ehtiyac olduğunda dəstək olmaq, qayğı göstərmək, özümüzdən ayırmamağı öyrətməliyik.
Bəzi valideynlər sağlam inkişafda olan uşaqlarına xüsusi qayğıya ehtiyacı olan uşaqla ünsiyyət qurmağa icazə vermir. Unutmayaq ki, autizm və digər inkişaf pozuntuları yoluxucu xəstəlik deyil. Biz bu qrupda olan insanlara xüsusi diqqət ayırmaq əvəzinə təəssüf ki onların zaman-zaman həm mənəvi, həm fiziki şiddətə məruz qaldığı ilə rastlaşırıq. Bəzi hallarda bu insanlar özlərini müdafiə edə bilmir. Belə insana şiddət göstərmək insanlığa sığmayan davranışdır. Ümid edirəm ki, hadisəni törədən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB