“Ramazan ayının orucu heç bir günlə əvəz olunmayacaq qədər önəmlidir. Ona görə də çox ehtiyatlı olmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, bu ayda səfərə çıxmaq günah deyil, lakin müəyyən məsafə qət etdikdən sonra oruc batil olur: “Yəni, Ramazan ayından sonra səfərdə olduğu günləri qəza edərək oruc tutmalıdır. Lakin orucunu qəsdən və heç bir zərurət olmadan batıl edən şəxs təkcə qəza etməklə canını qurtara bilməz.
Orucu batil edən əməllər əsasən aşağıdakılardır:
- Yemək;
- İçmək;
- Cinsi münasibət və ya orqazm;
- Qəsdən sübh azanına qədər qüsllu qalmaq;
- İnsanın özünü qəsdən qusdurması;
- Allahın, Peyğəmbərin və imamların adından yalan ayə və ya hədis demək;
- Xanımların adət günləri;
- Maye şeylərlə imalə etmək;
- Başı bütövlükdə suyun altına salmaq;
- Qatı tozu udmaq.
İnsan hər hansı bir yolla orucunu batil edərsə, Ramazan ayından sonra həmin günün qəzasını tutmalı, üstəlik, cərimə ödəməlidir. Bu cəriməyə kəffarə deyilir. Belə ki, orucunu batil etdiyi günə görə iki kəffarədən birini etməlidir. Ya altmış gün oruc tutmalı, ya da altmış gün yoxsulun hər birinə bir çörək verməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB