Məlumdur ki, fevralın 13-də saat Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya, 2015-ci il təvəllüdlü azyaşlı qardaşına və 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla balta ilə qətlə yetirmişdir.
Lakin bəzi kütləvi informasiya vasitələrində qətlə yetirilən azyaşlı uşaqların və digər ailə üzvlərinin üzünün göstərilməsi qanunvericiliiyin tələblərinin pozulmasına gətirib çıxarır. Bəs, bu görüntüləri yayanlar qanunla cəzalandırılacaq? SİA mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Media haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə görə 14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir: “Həmin Qanunun 15-ci maddəsində deyilir ki, -İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar:
15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə 1.0.5. zorakılığın və qəddarlığın nümayişi – fiziki və ya psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq səhnələrinin, əzab vermək və xəsarət yetirmənin, şikəst edilmənin, adam və heyvan öldürmənin və üzərində zorakılıq əlamətləri olan cəsədin təsviri”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB