“İmmun sistemi zəif olduqda sağalma müddəti uzanır” - MÜTƏXƏSSİS AÇIQLADI

“İmmun sistemi zəif olduqda sağalma müddəti uzanır” - MÜTƏXƏSSİS AÇIQLADI

“Mövsümi və yoluxucu xəstəliklərə yüksək risk qrupa daxil olan şəxslər, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar daha tez yoluxur. Belə olan halda bəzən xəstəlik daha uzun müddət davam edir və yan təsirlər ortaya çıxır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, öskürək və burun axmasının daha uzun müddət davam etməsi immun sisteminin zəif olmasının göstəricisidir: “Əksər hallarda da uşaqlar qida elementləri ilə zəngin olan məsullarla qidalanmadıqları üçün vitamin və mineral çatışmazlığı baş verir. Bu da xəstəliyə yoluxan zaman sağalma müddətinin daha uzun davam etməsinə səbəb olur.

Buna görə də qidalanma zamanı mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Həmçinin yaşa görə çərəzlərdən istifadə də mütləq şəkildə lazımdır. Çərəzlər mənşəyi bəlli olan, yerli məsullar olmalı və gün ərzində bir ovucu keçməyəcək şəkildə qəbul olunmalıdır. Bitki çayları içərisində nanə və cökə çayı immun sistemini gücləndirir, eyni zamanda orqanizmdə virusların azalmasına müsbət təsir göstərir.
“C” vitamini ilə zəngin olan meyvə-tərəvəzlərdən istifadə etmək tövsiyə olunandır. Allergiyası olanlar isə “C” vitamini şirin, yaşıl bibərdən ala bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə