“Minimum aylıq əmək pensiyasının məbləği ötən il 280 manata çatdırılıb“ - SƏDR
“2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin edilib. Belə ki, minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən 280 manata çatdırılıb”. SİA xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
H.Məmişov bildirib ki, pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB