"Velosiped yollarının salınması ətraf mühitin qorunmasına xidmət edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"İctimai nəqliyyatı gücləndirməsək, insanlar şəxsi avtomobilləri ilə bu sürətlə axın etməkdə davam etsə, velosiped və ya avtobus zolaqlarının salınmasının heç bir əhəmiyyəti olmayacaq". Bu sözləri SİA-ya nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu işlər paralel şəkildə görülməlidir: "Yol hamı üçün əlçatan olmalıdır. O cümlədən velosiped, skuter sürənlər, əlil və yaxud uşaq arabasında gəzənlər üçün də belə olmalıdır. Adətən düşünürük ki, yol sürücülərin olmalıdır. Belə yanaşma düzgün deyil. Yollarda daha çox ətraf mühitə ziyan vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir".
Ekspert bildirib ki, velosiped zolaqlarının çəkilməsi də bu mənada müsbət addımdır: "Azərbaycan 2024-cü ildə COP29 beynəlxalq tədbirinə ev sahibliyi edir. Həmin tədbirin əsas məqsədi də ətraf mühitin qorunmasıdır. Velosiped yollarının salınması da bu məqsədə xidmət edir. 2024-cü il Azərbaycanda həm də “Yaşıl dünya” ili elan olunub. Bu da onu göstərir ki, üzümüzə gələn il ətraf mühitin qorunması baxımından diqqət çəkilən il olacaq. Düşünürəm ki, bu çərçivədə velosiped və digər ekoloji təmiz nəqliyyat növlərinə üstünlük verilməsi yaxşı haldır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB