Düzgün ailə-uşaq münasibətləri necə qurulmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

Düzgün ailə-uşaq münasibətləri necə qurulmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

“Biz bugünkü uşaqlardan gileylənirik. Sabah da onlar öz uşaqlarından narazılıq edəcək. Hər yaş nəslinin psixologiyası fərqlidir. İndiki gənclik “Z” nəsli sayılır. Hər valideyn istəyir ki, övladları onların istədiyi kimi yaşasın. Amma belə ola bilməz. Uşaqlar təkcə valideynin yox, həm də “zaman”ın övladlarıdır. Hər zamanın öz tələbatları var. Ana-ata da görür ki, uşaq onun istədiyi kimi davranmır, bu yerdə konflikt başlayır. Sonra da valideyn müasir tələblərə cavab verməyən tərbiyə üsullarından istifadə edir. Belə etməklə parlaq gələcək yetişdirmək olmur". Bu sözləri SİA-ya sosioloq Üzeyir Şəfiyev deyib.

"Hərdən görürük ki, valideynlər çox ciddi rejim tətbiq edir. Uşaqla dostluq etmir, danışmır. Belə olanda da uşaq özünə qapanır və ya yalnış dostlar tapır. Hər şey mühitdən asılıdır. Məsələn, Nəsrəddin Tusinin “Əxlaqi-nasiri” kitabında deyilir ki, uşaqlarınızı pis dostlardan uzaq tutun. Amma indi bunu bacara bilirik mi? Xeyr. Sosial şəbəkələr, yalnış mühit və s. amillər buna imkan vermir”,- deyə o əlavə edib.

O həmçinin, boşanma amillərinin də uşaqlara necə təsir etməsindən danışıb: “Görürük ki, günü-gündən boşanmalar artır. Ana-atanın ayrılması da uşaqların psixologiyasına mənfi təsir edir. Hətta suisidal, yəni intihara meyilli davranışlar da başlaya bilər. Bundan əlavə, bullinq hadisələri də artır. Yeniyetmələr bir-birini incidir, təhqir edir və s".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə