“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” - YENİLƏNİB

“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” - YENİLƏNİB

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və dini konfessiyaların iştirak ediblər.

Əvvəlcə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fonudunun sifarişi ilə ərsəyə gətirilmiş “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açılış nitqi ilə çıxış edib. Ardınca Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, QMİ sədrinin müavini Fuad Nurullayev, BBMM-nin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda Prezident İlham Əliyevin dinimizin, ümumilikdə dəyərlər sistemimizin qorunması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı məqamlardan bəhs edilib. Əsası Ulu Öndər Heydər tərəfindən qoyulan dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi, bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılması, dini bayram və mərasimlərin dövlət səviyyəsində qeyd edilməsi diqqətə çatdırılıb.

Konfrans müzakirələrlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə