Ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindədir - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var. AYNA-dan SİA-ya bildirilib ki, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə