Komitə sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (018) 654-00-40, (070) 275-88-33, chairman@scwra.gov.az, dk-sumqayit@scwra.gov.az) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə