Xocəsən qəsəbəsində "Sağlam məhəllə"nin açılış mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
"Sağlam məhəllə"də minifutbol, basketbol və voleybol meydançaları, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Naziri burada yaradılmış şəraitlə yaxından tanış olub və qəsəbə sakinləri ilə görüşüb.
Qeyd edək ki, "Sağlam məhəllə" layihəsini Gənclər və İdman Nazirliyi “Qala Sığorta"nın dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə