Fəsil dəyişikliyi insana necə təsir edir? - PSİXOLOQ DANIŞDI

“Ümumiyyətlə, fəsillərin dəyişməsi insan psixologiyasına təsir göstərən amillərdəndir. Xüsusilə də, sentyabr-oktyabr və mart-aprel ayları insanların psixologiyasında müxtəlif dəyişikliklərə səbəb olur. Bəzən havaların anidən soyuması və ya istilərin düşməsi insanlarda depressiv vəziyyətə gətirib çıxara bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəzən bu hallarda insanlar çox emosional olurlar, münasibətlərində problemlər yaşayırlar: "Bu, onların əmək fəaliyyətlərinin belə aşağı düşməsinə səbəb olur. Əgər köklü şəkildə problem yoxdursa, fəsil dəyişikliyini yüngül formada keçirmək mümkündür. İşləməyən, hər hansı bir hobbisi olmayan adamların problemləri daha çox olur. Buna görə də əsas məsələ həmin dövrdə insanların özlərini necə hiss etmələri və bu müddətin nə qədər davam etməsidir. Əgər uzun müddət depressiv hal davam edərsə, bu zaman artıq mütəxəssisə müraciət etmək lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə