Dövlətə vurulan 1 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Bu ilin I yarımilində Bakı şəhər prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, paytaxt üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 %-nin ödənilməsi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB