“Dövlət qulluqçusu olmaq öz potensialını göstərmək üçün unikal bir imkandır” - DEPUTAT DANIŞDI
“Dövlət qulluqçularının peşə bayramı Azərbaycanın son dövrlərdə qəbul etdiyi peşə bayramlarından biridir. Bu Azərbaycanda dövlət qulluğunda çalışanların əməyinə verilən qiymətdir. Dövlət qulluqçusu olmaq bir şərəf və öz potensialını göstərmək üçün unikal bir imkandır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul xüsusi imtahanlardan keçərək, qəbul edilir: “Hazırda müxtəlif nazirlik və qurumlarda bizim 10 minlərlə layiqli, dövlətçiliyimizə bağlı olan insanlar işləyir.
Dövlət qulluğu sistemində təcrübəli şəxslərlə yanaşı, universiteti yeni bitirmiş gənc kadrlar da var. Onlar yaşlı nəslin təcrübələrini öyrənərək, yeni bir imic yaratmağa nail olurlar. Bu peşə bayraml münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB