Qida məhsullarının üzərində nələrin olması şərtdir? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Qida məhsullarının üzərində nələrin olması şərtdir? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

"Yeyinti məhsulları, qida təhlükəsizliyi haqqında Nazirlər Kabinetinin 94 saylı qərarında və digər sənədlərdə qeyd olunur ki, ölkənin əmtəə bazarında olan bütün məhsullar etiketləşdirilməlidir. Onların üzərində xarici dil ilə yanaşı, Azərbaycan dilində də informasiya olmalıdır. Məhsulun buraxılma və son istifadə müddəti kimi vacib məlumatlar mütləq şəkildə qida məhsulu üzərində öz əksini tapmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, verilən qərarlara baxmayaraq, əmtəə bazarında etiketləşməyən məhsullar görə bilirik: "Xüsusilə də marketlərdə satılan ətlərin böyük bir hissəsi bükülməmiş, hansı təsərrüfatdan gəldiyi məlum olmayan ətlər olur. Ən müasir super marketlərdə belə bu hal müşahidə olunur. Bunların hər biri böyük qanun pozuntusudur. Çox təəssüf ki, AQTA bu məsələləri həyata keçirməyə hələ ki, qadir deyil. Buna görə də bu cür məhsullar sadəcə olaraq alıcılar tərəfindən baykot edilməli, alınmamalıdır. Çünki bu məhsulların qəbulu zamanı bizi ciddi təhlükələr gözləyə bilər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə