“Havanı təmiz saxlamağın yolları çox sadədir“ - EKOLOQ AYDINLIQ GƏTİRDİ

“Havanı təmiz saxlamağın yolları çox sadədir“ - EKOLOQ AYDINLIQ GƏTİRDİ

“Havanın çirklənməsinin qarşısını almaq üçün ilk növbədə havanı çirkləndirən amillərin, atmosferə atılan tullantıların əsas mənbələrini nəzərdən keçirməliyik. Bunları bildikdən sonra çirklənmənin qarşısının alınması üçün yollar da açıq-aydın görünəcək”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, havanı çirklənməsinə fabrik və zavod tullantıları səbəb olur: “Xüsusilə də neft-qaz məhsulları ilə hər hansı bir istehsal prosesi həyata keçirilirsə, burada yanmış qaz tullantılarının atmosferə atılması və avtomobil mühərriklərinin havaya atdığı yanmış qaz da havanın çirklənməsində rol oynayan amildir. Bu kimi halların qarşısının alınması üçün müəyyən prosedurlar var və prosesə yerli icra orqanları nəzarət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq fabrik və zavodlara monitorinqlər təşkil olunmalı və tullantıların qarşısının alınması üçün tədbirlər görülməlidir. Hər bir istehsal müəssisənin rəhbərliyi havaya atılan zərərli qazların qarşısının alınmasında cavabdehdir.

Avtomobillərə texniki baxışın həyata keçirilməsi də çirkli havanın qarşısının alınması üçün vacib sayılan amillərdəndir. Əslində havanı təmiz saxlamağın yolları çox sadədir, hər bir şey insanın baxışından asılıdır və onun əlindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə