Ukraynada yaşayan soydaşlarımız, diaspor fəallarımız dağıdıcı zəlzələdən sonra qardaş Türkiyəyə yardımlarını davam etdirirlər.
SİA-nın əldə etdiyi məlumata görə, soydaşlarımız çətin həyat şərtlərinə baxmayaraq, zəlzələ fəlakəti yaşayan qardaş Türkiyə xalqına dəstəyini əsirgəmir. Diaspor fəalı, "Güclü Azərbaycan” İctimai Birliyinin sədri Azər Əliyev bu məqsədlə Türkiyə səfirliyində olub, şəxsi təşəbbüsü ilə 3 ədəd generator bağışlayıb.
Həmin generatorlar Kahramanmaraşdakı çadır şəhərciyinə göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB