Azərbaycanlı tələbələrin cənazəsi ailələrinə təhvil verildi - YENİLƏNİB - FOTOLAR
Türkiyədə baş verən məlum hadisə nəticəsində minlərlə insan həlak olub və yaralanıb. SİA xəbər verir ki, həlak olanların içərisində Malatyada yerləşən İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə Samir Quliyev, Şamil Vəliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə də var. Onlar hadisənin baş verdiyi ilk gündən yəni 6 fevral tarixindən axtarılsalar da heç bir məlumat əldə edilməyib. Nəhayət dünən həlak olan tələbələrimizin cənazəsi dağıntılar altından tapılıb. Bu gün isə onların cənazəsi Hava limanına gətirilib və ailələrinə təhvil verilib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB