Türkiyədə baş verən məlum hadisə nəticəsində minlərlə insan həlak olub və yaralanıb. SİA xəbər verir ki, həlak olanların içərisində Malatyada yerləşən İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə Samir Quliyev, Şamil Vəliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə də var. Onlar hadisənin baş verdiyi ilk gündən yəni 6 fevral tarixindən axtarılsalar da heç bir məlumat əldə edilməyib. Nəhayət dünən həlak olan tələbələrimizin cənazəsi dağıntılar altından tapılıb. Bu gün isə onların cənazəsi Hava limanına gətirilib və ailələrinə təhvil verilib.