Vətən müharibəsinə yollanan, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eldar Həsənlinin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb. Bu barədə SİA-ya "YAŞAT" Fondu tərəfindən məlumat verilib.
Qurum tərəfindən bildirib ki, tibbi xərcləri, borc öhdəlikləri qarşılanıb və dünyaya gələn övladı üçün depozit hesabı açılaraq 5000 AZN vəsait onun hesabına yerləşdirilib.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB