Dünya kubokunu qazanmış “Land of Fire” komandası Vətənə qayıdıb - FOTOLAR
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kubokunu qazanmış “Land of Fire” komandası yanvarın 31-də Vətənə qayıtmışdır. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunmuş qarşılanma mərasimində Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, media nümayəndələri və idmançıların yaxınları iştirak etmişlər.
Tədbirdə “Land of Fire” polo komandasının kapitanı Elçin Camallı və komandanın üzvü Tərlan Qurbanəliyev jurnalistlərin suallarını cavablandırarkən əldə edilmiş qələbəni İran İslam Respublikasında səfirliyimizə qarşı törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğlunun əziz xatirəsinə və bütün şəhidlərimizə həsr etdiklərini vurğulamışlar.
Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə layiqincə təmsil edən “Land of Fire” komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB