Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir.
Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Onu da qeyd etməliyik ki , Dövlət siyasi partiyaların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməsidə qanunda öz əksini tapmışdır.
Eyni zamanda “Siyasi partiyalar haqqında “qanunda qeyd edilmişdir ki ,siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.
Əsas məqamlardan biri də təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olununması, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilməsi idi. Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilməli və siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilməsi öz əksini tapmışdır.
Bu qanunun qəbul edilməsi və öz təsdiqini tapması ölkədə həyata keçirilən islahatların növbəti təzahürü idi. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxararaq , Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirəcək. Bu zamana qədər həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar göz önündədir. Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi çox vacib məqamlardan biri idi . Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yaratdi və yeni qanun layihəsinin təsdiqi öz əksini tapdı.
Bundan əlavə qəbul olunan “Siyasi partiyalar haqqında “ qəbul edilmiş qərararda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq etibarnamələr verir, partiya adından əlaqələr qurur, siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam verilməsi qeyd olunmuşdur. Əminliklə deyə bilərik ki , siyasi partiyalar haqqında qəbul olunmuş yeni Qanun müasir dövrün reallıqlarını və tələblərini özündə əks etdirir.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB