Sosial reklamlar günün tələblərinə cavab verir? - QURUM RƏSMİSİ DANIŞDI
"Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) mütəmadi olaraq açıq məkanda sosial yönümlü reklamların yayımına nəzarət və tənzimləməni həyata keçirir: "2022-ci il ərzində açıq məkan reklam qurğularında ümumilikdə 1368 sosial reklamın yayımı həyata keçirilmişdir".
Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, “Yaşat” Fondu, “Yaşat Marafon”, “Narkotik sərhədsiz fəlakətdir”, “Narkotikə yox deyin”, “ADRA Novruz”, “20 yanvar”, “Xocalı qətliamı”, “Nargiz” Fondu, “Texnofest Festivalı”, “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü”, “Beynəlxalq Piano Festivalı”, “Dilimizə xatir dillən”, “28 May - Müstəqillik günü”, “Qarabağ Dirçəliş Fondu”, “15 iyun - Milli Qurtuluş Günü”, “26 iyun - Silahlı Qüvvələr Günü”, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi", "Fərdi yaşayış evlərin tikilməsinə dair məlumatlandırma icraatı prosesini elektron qaydada həyata keçirmə”yə aid maarifləndirici sosial reklam, “Ramazan Bayramı”, “KOB-Yerli Şirkətlərin tanıtım sərgisi”, “Şuşada Xarı Bülbül Festivalı”, “Sudan qənaətlə istifadə haqqında sosoial reklamlar”, “Ü.Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı”, “Xəzəri qoruyaq”, “Milli Şəhərsalma Forumu”, “27 Sentyabr - Anım Günü”, “Köhnə çamadanlar” filmi, “Kitab Sərgisi”, “Zəfər Bayramı”, “Dövlət Bayrağı Günü”, “Yunan-Roma Güləşi üzrə Dünya Kuboku”, “Milli Olimpiya Komitəsi-30 illik yubiley”, “Uşaqlara qarşı zorakılıq”, “QİÇS-lə mübarizə”, “ASAN Xidmət-10 illik yubiley”, “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və s. mövzularda hazırlanmış plakat və videoçarxın paytaxtın küçə və prospektlərdəki reklam lövhələrində nümayişi təmin edilmiş, bəzilərinin yayımı hazırda da davam etdirilməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB