"Sürücülər arasında qeyri-peşəkarlığın olması qəzalara səbəb olur" - EKSPERT ŞƏRH ETDİ

"Son günlərdə hava şəraiti ilə əlaqədar olaraq qəzaların sayı artıb. Qarlı havada qəzaların çox olmasının səbəblərindən biri sürücülər arasında qeyri-peşəkarlığın olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu cür sürücülər nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərmirlər: "Düşünürəm ki, sürücülər arasında maarifləndirmə işləri gücləndirilməlidir. Avtomobil normal vəziyyətdə deyilsə, onunla yola çıxmağa, risk etməyə dəyməz. Digər tərəfdən yolların vaxtında təmizlənməməsi də sözsüz ki, qəzaların əsas səbəblərindən biridir. Çox təəssüf ki, yollar bir istiqamət üzrə təmizlənir. Qalan istiqamətlərdə də qəzalar çox olur. Aidiyyatı qurumlar vaxtında müdaxilə etsələr, bu cür hallar baş verməz. Deməli, qəzaların baş verməməsi üçün əsas hədəf yolların təmizlənməsidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə