Şəki şəhərində yanğın olub. SİA xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 50 m² olan talvarın taxta atmaları 10 m² sahədə, bitişik ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün taxta atmaları qismən 10 m² sahədə, içərisində 1 ədəd qapı, 1 ədəd su qızdırıcısı və 1 ədəd paltaryuyan maşın yanıb.
Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavan əriyib. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB