30 aztəminatlı ailəyə humanitar yardım göstərilib

Bakıdakı Mixail Arxangel Kilsəsinin prixodu İsa peyğəmbərin mövludu günü ilə bağlı xeyriyyə aksiyası keçirib. SİA xəbər verir ki, məbədin baş keşişi, xeyriyyə və sosial xidmət üzrə yeparxial şöbənin rəhbəri protoiyerey Mefodi Əfəndiyev və eyniadlı prixod şöbəsinin rəhbəri Emil Larionov Bakı şəhərinin Rus icmasının Nizami şöbəsində aztəminatlı ailələrlə görüşüblər. 30 aztəminatlı ailəyə humanitar yardım - “VTB – Azərbaycan” bankının dəstəyi və iştirakı ilə toplanan ərzaqlar paylanılıb, 50 uşağa isə xeyriyyəçilərin dəstəyi ilə Milad hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə