Bayram günlərində avtonəqliyyatın fəaliyyəti dayanacaq? - QURUM RƏSMİSİ AÇIQLADI
Bayram günlərində bir sıra keçə və prospektlərdə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bəs bu proses ayın neçəsindən-neçəsinə kimi davam edəcək? Hansı ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdıırlacaq? Məsələ ilə bağlı SİA-ya “Azəravtoyol” ASC-nın mətbuatla əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli cavab verib.

Qurum rəsmisi bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində yəni 3-cü mikrorayon adlanan ərazidə təmir işləri icra olunacaq: “Bununla əlaqədar olaraq 20 Yanvar dairəsində Ziya Bünyadov prospektində yalnız yol ötürücüsü üzərində yalnız bir istiqamət üzərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Sözügedən yol ötürücülərində instensivlik nəzərə alınaraq, təmir işləri bayram günlərində dekabrın 30-dan, 31-nə keçən gecədən yanvar ayının 4-ü axşam saatlarına kimi davam edəcək. Qeyd olunan zamanlarda sürücülərimiz 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə rahat şəkildə davam edə bilər.
Həmçinin Bakı-Sumqayıt yolunun 21-ci kilometr hissəsində yer üstü piyada keçidin inşası həyata keçirilir. Bununla əlaqədar olaraq 2 yanvar tarixində gecə saat 1-dən səhər saat 5 raddələrinədək yəni 4 saat ərzində hər iki istiqamətdə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən həmin müddət ərzində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB