"Prezident regionumuzun yüksək səviyyədə inkişafında maraqlıdır" - MİLLƏT VƏKİLİ DANIŞDI
“Cənab Prezident vaxtaşırı Bakıda və regionlarda ayrı-ayrı obyektlərin açılışını edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu obyektlər onun apardığı düzgün daxili siyasətin konkret maddi nəticələridir: “Cənab Prezident regionumuzun yüksək səviyyədə inkişafında maraqlıdır. O, həm Azərbaycanın keçmiş dəyərlərinin qorunmasında, eyni zamanda Azərbaycana yeni fikirlərin, texnologiyaların gəlməsində maraqlı olduğu kimi dəstək verir. Vaxtı ilə Bakının yaşayış üçün ən uğursuz yeri olan, “Qara şəhər” adlanan ərazidə bu gün nəinki Bakını hətta dünyanın diqqətini cəlb edən "Ağ Şəhər" salınıb. Bakı sakinləri müasir zövqoxşayan böyük bir kvartalda mənzillər əldə ediblər. Bakının bütün bölgələri gələcəkdə mütləq belə olacaq. Dünən İlham Əliyevin yaşayış massivində Qarabağ Atları Kompleksinin açmasının özü Azərbaycanın birlik simvollarının şəhər salma mədəniyyətində də əks olunmasının yüksək diqqətini göstərir. Yeni il ərəfəsində biz belə açılışların daha çox şahidi olacağıq. Xalqımız cənab İlham Əliyevi dövlətimizin maraqlarını qoruyan və inkişafımız böyük bir töhfə verən lider kimi görür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB