Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, dekabrın 16-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3701 linkində tanış olmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB