"Müasir Azərbaycanın ictimai quruluşundakı tolerantlıq möhkəm dayaqlara malikdir. Azərbaycanda tolerant mühitin formalaşmasında mətbuatın rolu böyükdür". SİA xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə,hələ XIX əsrin sonlarına doğru formalaşmış mətbuat orqanı olan "Əkinçi" qəzeti dünyəviliyi əsas xətt kimi göstərib: "1875-ci ildən sonrakı nəşrlər də "Əkinçi" ənənələrinə sadiqliyi ilə seçilib. Bu, son dərəcə vacib hadisə idi. Çünki həmin dövrdə Azərbaycan cəmiyyətində müəyyən gerilik hiss olunurdu. Bu gerilik də dini düzgün anlamamağın gətirdiyi mövhumatçılıqda əsas rol oynayırdı. Məhz belə bir durumda Azərbaycan ictimai fikir sahibləri yaradıcılıqlarında dini və dünyəvi dəyərlərin vəhdətini yaradıblar. Müasir Azərbaycan mediasının təmsilçiləri də sələflərinin müəyyənləşdirdikləri dəsti-xəttə sadiqdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB