Uşaqların məktəbəqədər hazırlıq prosesinə necə hazırlaşmaq lazımdır? -TƏHSİL EKSPERTİ RƏY BİLDİRDİ
"Uşaqların birinci sinifə hazırlıq prosesi bilirik ki, məktəbəqədər hazırlıqdan keçir. Artıq ölkəmizdə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına verildi". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, digər bir tərəfdən sual yaranır ki, ölkəmizdə kifayət qədər məktəbəqədər təhsil müəssisələri olmadığı halda belə bu prosesi tam həyata keçirə bilmirlər. Amma bütövlükdə ölkəmizdə artıq bütün məktəblərdə demək olar ki, bu hazırlıq prosesi fəaliyyət göstərir. Həmin məktəbəqədər hazırlıq qruplarının birinci sinfə gedəcək şagirdlərin hazırlıq prosesi həyata keçirilir. Bu istiqamətdə ciddi bir problem görmürəm, amma hesab edirəm ki, mütləq şəkildə məktəbəqədər hazırlıq qruplarının bütün ölkə məktəblərini əhatə etməsi çox vacibdir. Birinci sinfə gedəcək şagirdlərin məktəbə hazırlanması, onların ilkin vərdiş və bacarıqlarının formalaşdırılması, digər bir tərəfdən onların psixoloji olaraq hazırlanması vacibdir. Bu baxımdan da bütövlükdə bütün ölkə məktəblərinin məktəbəqədər hazırlıq qruplarının əhatə olunması və təmin olunması vacibdir. Qeyd etdiyim kimi, bu istiqamətdə ölkəmizdə son illərdə yaxşıya doğru xeyli işlər görülüb və görülməkdədir. Digər tərəfdən bildirdiyim kimi, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin balansına verilməsi bu prosesi də xeyli sürətləndirəcək. Ümumilikdə məktəbəqədər hazırlığı həyata keçirəcək təhsil ocaqlarının yenidən formalaşdırılması, yenidən qurulması istiqamətində ciddi işlər görülür. Bu istiqamətdə həm də Heydər Əliyev Fondunun böyük təşəbbüsləri və dəstəyi var. Xüsusilə Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin müəyyən bölgələrində və rayonlarında artıq məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı əməli işlərə başlanılıb. Bu istiqamətdə də işlər hələ davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB