"Bununla bağlı ictimai müzakirə olduqca aktual məsələdir" - SƏDR BİLDİRDİ

"Bu gün təşkil edilən “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə olduqca aktual məsələdir". SİA xəbər verir ki, bu sözləri "Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar" ictimai birliyinin sədri Səftər Rəhimli bildirib.

Qurum rəsmisi qeyd edib ki, İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir: "Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir.

S.Rəhimli qeyd edib ki, dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi bizdə də ciddi narahatlıq yaradır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə