Monitorinqlər aparılaraq təmizlik işləri görülüb - QURUM RƏSMİSİ AÇIQLADI

Bir neçə gün yağışlı hava şəraiti höküm sürəcək bununla bağlı olaraq küçə və prospektlərdə gölməçələrin əmələ gəlməməsi və kanalizasiya sistemində problemin hökm sürməməsi üçün nə kimi tədbirlər həyata keçirilir? Mövzu ilə əlaqədar olaraq SİA “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərib. Müraciətə isə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı cavab verib.

Qurum rəsmisi bildirib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avqust ayında bununla bağlı olaraq tədbirlər planı hazırlanıb və təsdiq olunub: “Tədbirlər planında payız və qış mövsümündə yağışlı hava şəraitində infrastrukturlarımızın hazır vəziyyət olmasıda öz əksini tapıb. Biz bununla əlaqədar olaraq bir çox işlər görmüşük. 200 klometrdən artıq kanalizasiya kalektoru, 3 min kilometrdən artıq şəbəkə xətləri yuyularaq, təmizlənib. Həmçinin 5 mindən artıq baxış quyularını və yağış barmaqlıqları üzərində monitorinqlər aparılaraq, təmizlik işləri görülüb. Bütün bunlarla yanaşı kanalizasiya nasoz stansiyalarımızın vəziyyəti qiymətləndirilib. Orada lazımi avandıqların nasozların və aqreqatların təmiri həyata keçirilib. Bundan öncə baş verən yağışlı hava şəraiti bir daha onu göstərdi ki, ölkədəki kanalizasiya infrastrukturumuz bu cür hava şəraitlərinə uyğun olaraq hazır vəziyyətdədir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə