Yollarda tıxacların qarşısını necə almaq olar? - NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"Bakı şəhərində tıxacların yaranma səbəbləri daha çoxdur. Ən əsas səbəblərdən biri də avtomobil sayının çox olması sıxlığın olmasına gətirib çıxarır. İri şəhərlərdə bunun olması əslində çox normaldır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bütün iri şəhərlərdə əhali sayının və avtomobilin çox olması mövcuddur. Sadəcə bu sıxlığın bir avtomobil tıxacına çevrilməyinin qarşısını almaq lazımdır. Bunun üçündə tıxacı yaradan əsas səbəbləri aradan qaldırmağa ehtiyac var. Burada əsas səbəb kimi onu qeyd etmək olar ki, avtomobil sayının çox olması, Bakı şəhərində yol quruculuğunun az olması ən böyük səbəblərdən biridir. Və olan yollarımızda təəssüf ki, Bakı şəhərində nədənsə, hansısa layihə əsasında daraldılır

Avtomobil yolları tam mərkəzdən 2-3 metr enində betonlarla daraldılır. Yəni əslində bu yollar əksinə enləndirilməli idi və yaxud da ki, bu yolların hər hansısa yanında "çıxıntılar" qoyulur, bunu təhlükəsizlik kimi qiymətləndirirlər. Bu yollardan birini də şəhərimizin Əhmədli bölgəsində Seyid Əzim Şirvani küçəsində görmək olar".

Nəqliyyat eksperti fikirlərinə davam edərək bildirib ki, Bakı şəhərində parklanma yerinin də bir qrup şəxslər tərəfindən zəbt edilməsi ilə sürücülər avtomobillərini yolların kənarında saxlayırlar və bunun da nəticəsində tixaclar yaranmağa başlayır. Bu səbəblər bizə bəlli olandan sonra biz bunun həlli yolunu tapa bilərik. Bunlarında həlli yolları var. Vətəndaşlar avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. İctimai nəqliyyatda da avtobusların sayı azdır. Bunun da həlli yolunu araşdırıb və problemi aradan qaldırmaq lazımdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə