"Biz hər bir qüsuru qeydə almırıq" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Televiziyalar üzrə biz bir dəfə monitorinq aparmışıq". SİA xəbər verir ki, bu sözləri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva qeyd edib.

O, bildirib ki, həmin monitorinqin də nəticələri açıqlanıb: "Növbəti dəfə də bu cür monitorinqlərin aparılması nəzərdə tutulur. Lakin gördüyünüz kimi artıq aparıcılarımız dilimizin orfoepik qaydalarına əməl edərək, bunu danışqlarında tətbiq edirlər. Biz hər gün demək olar ki, istər televiziyada, istərsə də, mətbu orqanlarının üzərində monitorinqlər aparırıq. Lakin biz 1 ayın monitorinqlərinin cavablarını açıqladıq. Qeyd edim ki, biz hər bir qüsuru da qeydə almırıq. Biz daha çox kobud səhvləri və yalnışlıqları qeydə alırıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə